"Manchester United"in kapitanı Ueyn Runi iki komanda yoldaşı - Memfis Depay və Antoni Marsialı tərifləyib.
Goal.az xəbər verir ki, ingilis hücumçu bunları deyib:
"Onlar böyük bacarığıa və istedada malikdirlər. Öyrənmək və inkişafa davam etsələr, düşünürəm ki, "United"də mənim və Ronaldunun çatdığıməz səviyyəyə yetişəcəklər. Gənc oyunçularda öyrənmək həvəsini görmək xoş cəhətdir. Onlar komandaya kömək edir və məşqçinin tapşırıqlarını yerinə yetirirlər. Əminəm ki, bu cür məşqçidən çox şey öyrənəcəklər. Marsial bura gələndən möhtəşəm təsir bağışlayır. Amma gəlin unutmayaq ki, Antoni hələ gənc oğlandır. İngiltərəyə gənc ailə ilə gəlməsi və uğurlu start verməsi böyük etibar yaradır. O, mövsümün sonuna kimi bizim vacib oyunçumuz olacaq. Marsial komandada ən cəld futbolçudur. Bəlkə də, bütün Premyer Liqada".
Milli.Az