Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Tovuzda 150 sakini müayinə edib.

Lent.az-ın məlumatına görə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Tovuz rayonunda göz xəstəliyindən əziyyət çəkən sakinlərin müayinəsi və əməliyyatını həyata keçirib. Səyyar həkim briqadası tərəfindən aparılan iki günlük aksiya zamanı 20-dən artıq sakin əməliyyat olunub, 150-dən çoxu müayinə edilib, onlara məsləhət və tövsiyələr verilib. Ön cəbhədə yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib.

Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva onların xahiş və müraciətlərini dəstəkləyib. O, Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına bir millət vəkili kimi sakinlər adından təşəkkürünü bildirib. Millət vəkili Milli Oftalmologiya Mərkəzi rəhbərliyinin yaxın aylarda Tovuzda təkrar belə bir aksiyaya ehtiyac olması barədə müraciətinə dəstək verdiklərini deyib.

Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların onlarla ailənin sevincinə səbəb olduğunu deyib. Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib, onlara şəfa diləyib və qayğıları ilə maraqlanıb.

Tovuzda göz xəstəliyindən əziyyət çəkən 20 sakin əməliyyat olunub