Hadisədə iştirak edən 4 futbolçunun isə Hollandiya Futbol Federasiyasının bayrağı altında keçirilən yarışlarda iştirakına ömürlük qadağa qoyulub.
5 futbolçunun hamısının qərarla bağlı apellyasiya şikayəti vermək hüquqlarının olduğu bildirilib.
Qeyd edək ki, hadisə 2012-ci ilin dekabrında baş verib. 15-16 yaşadək futbolçulardan ibarət həvəskarlar liqasında 5 futbolçu matçın baş hakimini döyüb. Referi hadisədən bir gün sonra ölüb. İdmançılar isə yeniyetmələrin cəzaçəkmə mərkəzində 2 il müddətinə müxtəlif islah işlərinə cəlb olunub.