Rayon Polis şöbəsindən "Report"a verilən xəbərə görə, Ş.Əhmədov qətli törətdikdən sonra Bakıya qaçıb.
O, bir gün paytaxt ərazisində qaldıqdan sonra yenidən Mingəçevirə qayıdıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhmədov tapılaraq həbs edilib. Onun qətl zamanı istifadə etdiyi odlu silah müsadirə edilib. Saxlanılan şəxs barəsində "qəsdən adam öldürmə" maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.