Bred Pit həyat yoldaşı Ancelina Coliyə qarşı hisslərindən danışıb.

ANS PRESS-in məlumatına görə, dünyada məşhur aktyor Bred Pit “Mavi sahil” adlı filmdə həyat yoldaşı Ancelina Coliylə birlikdə çəkildiyi filmdən danışıb.

O, yoldaşı Ancelinayla işləməyi çox sevdiyini və həyatını ona qurban etdiyini bildirb: “Təsəvvür etmək mümkün deyil ki, yoldaşımla işləmək necə mənim xoşuma gəlir. O, çox qərarlıdır, onun inanılmaz intuisiyası var, o, hətta iş prosesində belə çox seksual görünür. Mən öz həyatımı ona etibar edirəm”.

Qadınların sevimlisi: "Mən öz həyatımı ona qurban verməyə hazıram"
"Mavi sahil" filmindən kadr

Bret Pit evdə uşaqlarıyla olan münasibətlərindən danışıb:

“Günün sonunda biz valideyin oluruq, sevimli və dəli uşaqlarımızla bir vaxt keçirirk, onların gün ərzində nə iş gördüklərini müzakirə edirik. Sonra onların dişlərini təmiz olub-olmamasını yoxlayırıq”

Qadınların sevimlisi: "Mən öz həyatımı ona qurban verməyə hazıram"
"Mavi sahil" filmindən kadr

Cütlük "Mavi Sahil" filmin həmçinin prodüserləridir. Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Qadınların sevimlisi: "Mən öz həyatımı ona qurban verməyə hazıram"
Bred Pit - "Mavi Sahil" filmi

Həmçinin oxuyun : Dünyanın ən istəkli qadını ev şəraitində (FOTO)