"Report" xəbər verir ki, bu barədə qaçqın düşərgələrindən birinin yerləşdiyi Brejitse icmasının nümayəndələri məlumat verib.
"Kommunal xidmət əməkdaşları qaçqınların çoxluğu üzündən bərbad vəziyyətdə olan miqrasiya düşərgələrinə də əl gəzdirməli olurlar. Bütün düşərgə boyu qida qalıqları, köhnə əşyalar, plastik butulkalar atılıb", - deyə bələdiyyə nümayəndələri bildiriblər.
Yerli icra orqanı qeyd edib ki, səliqə-səhman yaratmaq üçün miqrantların yerləşdiyi ərazilərdə zibillərin müntəzəm olaraq toplanması da daxil olmaqla bütün mümkün tədbirlər görülür. Bununla belə, bələdiyyədən qeyd olunduğuna görə, gəlmələr Avropa İttifaqında qəbul olunan tullantıların çeşidlənməsi qaydalarına kifayət dərəcədə riayət etmirlər.
"Ən çox narahatçılıq doğuran məqam isə, miqrantların zibilləri meşələrdən keçərkən atmalarıdır ki, onların təmizlənməsinə nə qüvvə, nə də vəsait var", - deyə yerli hakimiyyət orqanından gileyləniblər.