Roma, 30 oktyabr, AZƏRTAC
İtaliyanın Demoskopika İnstitutu tərəfindən hazırlanmış “İtaliya Terrorizm İndeksi 2015” hesabatında bu ölkənin Lombardiya və Latsio bölgələri terrorizmin geniş vüsət alması baxımından təhlükəli regionlar kimi qeyd olunub.
ANSA Agentliyinin məlumatına görə, müvafiq araşdırma əsasən telefonların dinlənilməsi, terror aktları və terrorizmin geniş yayıldığı İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriya kimi ölkələrdən gələn miqrantların məskunlaşmasına görə aparılıb. Bu ölkələrdən olan 180 min miqrant hazırda İtaliya ərazisində yaşayır.
Qeyd edək ki, son 15 ildə İtaliyada 96 terror aktı qeydə alınıb. Müxtəlif ölkələrdə baş vermiş terror aktları nəticəsində 179 İtaliya vətəndaşı və hərbçisi həlak olub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma