““Təhsil haqqında” qanun layihəsilə bağlı heç bir ziddiyyət yoxdur. Hazırda layihənin ikinci oxunuşda müzakirəyə çıxarılmasını gözləyirik”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir hesab edir ki, qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılsa, bunu gecikmə saymaq olmaz. Qanun layihəsinin onu nə dərəcədə qane edib-etməməsinə gəlincə, M.Mərdanov bunları söyləyib: “Keçən ilki vəziyyət şəxsən təhsil naziri kimi məni qane edirdi. Lakin aybaay, günbəgün situasiya dəyişir. İndi yenidən müzakirəyə çıxarılanda, bənd-bənd oxunanda biz öz fikrimizi deyəcəyik”.

Pərvin ABBASOV