Sabah yaz havası olacaq - PROQNOZ

Sabah yaz havası olacaq - PROQNOZ
13:04 29 Dekabr 2014
90 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR