“Konstitusiyanı dəyişməkdə Ermənistan hökumətinin əsas məqsədi konstitusiyaya zidd hökumət yaratmaqdır”.

ANS PRESS-in məlumatına görə, Ermənistanda konstitusiya islahatlarına qarşı çıxan “İslahatlar keçirməyəcəyik” təşəbbüs qrupunun lideri belə bir bəyanat səsləndirib. Qrupun nümayəndələri və müxalifət tərəfdarları paytaxt İrəvanda bir araya gəlib. Pis hava şəraitinə baxmayaraq, aksiya gecə saatlarına qədər davam edib.

Xarici KİV-lərin “Müəssisələr parlamenti”nin üzvü Varujan Avetisyanının sözlərinə görə, konstitusiya dəyişəcəyi təqdirdə ölkədə seçkilər formal xarakter daşıyacaq. Onun sözlərinə görə, bu yolverilməz haldır. O, həmçinin yeni konstitusiya referendumunun müxalifətin birləşməsi üçün yaxşı bəhanə və səbəb olduğunu hesab edir.



Ermənistanda keçirilən aksiyadan görüntülər


Hökumətin referendumun nəticələrini saxtalaşdıracağı bildirilib və buna qarşı çıxmaq üçün müxalifət dekabr ayının 1-dən etibarən hərəkətə keçməyə çağırılıb. “Azadlıq” meydanında baş tutan aksiyaya müxalif partiya tərəfdarları ilə yanaşı, ictimai təşkilatlar da qatılıblar.

Əslində, bu, Ermənistanda konstitusiya əleyhinə keçirilən ilk aksiya deyil. Cari ilin müxtəlif vaxtlarında buna bənzər mitinqlər olub. Onlardan biri sentyabrın 26-sında Ermənistanın Gümrü şəhərində baş tutub. Şəhərin mərkəzi küçələrində yürüş edən ermənilər islahatlar əleyhinə şüarlar səsləndiriblər. Yürüş polislərin ciddi nəzarəti altında baş tutub.

Gümrüdə keçirilən mitinqə “İrs” partiyasının nümayəndəsi Raffi Ovanesyan, Zarui Postancyan, habələ “Erməni milli konqressi”ndən (EMK) Levon Zurabyan və Aram Manukyan qatılıblar.


Gümrüdə baş tutan etiraz aksiyası


“Yox” cəbhəsinin növbəti mitinqi paytaxt İrəvanın Azadlıq meydanında oktyabrın 2 baş tutub. mitinqdə Erməni Milli Konqresi, “İrs” partiyası, Ermənistan Xalq Partiyası və “Təsis parlamenti”nin tərəfdarları iştirak ediblər. Azadlıq meydanında keçirilən mitinqin üzvlərindən biri Arşak Musaxyan deyib:

"Mitinqin əsas məqsədi parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etməkdir. İslahatların lehinə səs verən deputatların fikirlərini dəyişəcəklərinə şübhəm yoxdur. Mitinq vasitəsilə onlara ictimai və psixoloji təzyiq edəcəyik, eləcə də, onların fəaliyyətinə siyasi qiymət verəcəyik”,- deyə A. Musaxyan bildirib.

Hökumətə qarşı aksiya keçirildi (FOTO,VİDEO)


Oktyabrın 5-də Milli Məclisin binası qarşısında keçirilən sonuncu konstitusiya islahatı əleyhinə etiraz edən 21 nəfər aksiya iştirakçısı həbs olunub.

Aksiya iştirakçıları deputatlardan Serj Sarkisyanın təşəbbüsü ilə təqdim edilən konstitusiya islahatı üzrə referendum keçirilməsi əleyhinə səs verməyi tələb ediblər.

Bu arada Ermənistan Milli Məclisi səs çoxluğu ilə prezident Serj Sarkisyanın təşəbbüsü ilə təqdim edilən konstitusiya layihəsi üzrə ümumxalq referendumu keçirilmək qərarı qəbul edib. 131 üzvü olan Ermənistan Milli Məclisinin iclasında iştirak edən 121 millət vəkillərinin 104-ü konstitusiya layihəsinin lehinə, 10 nəfəri əleyhinə, üçü bitərəf səs veriblər.

Hökumətə qarşı aksiya keçirildi (FOTO,VİDEO)
Aksiyada polis və iştirakçılarla qarşıdurma


Konstitusiya dəyişikliyi lehinə Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələrdən hakim Ermənistan Respublikaçılar Partiyası, Firavan Ermənistan Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiyasının nümayəndələri səs verib, Qanunçuluq Öləsi Partiyası təmsilçiləri arasında əleyhinə səs verənlər də olub. Əleyhinə Erməni Milli Konqresi və "İrs" partiyası səs veriblər.

Hökumətə qarşı aksiya keçirildi (FOTO,VİDEO)

Həmçinin oxuyun: Ermənistanda yenə ara qarışdı (FOTO)
Ermənistanda həbslər (FOTO)
Ermənistan qarışdı: Yüzlərlə insan Gümrü küçələrinə çıxdı (FOTO,VİDEO)
Ermənistan çalxalanır (FOTO)