Bakı, 1 noyabr, AZƏRTAC
Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, səsvermənin gedişində indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq.
AZƏRTAC Secki-2015.az saytına istinadla xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəhbəri Jordi Cukla bildirib.
Müşahidə missiyasının rəhbəri deyib: “Biz yerlərdə vəziyyəti öyrənmək üçün gün ərzində Mərkəzi Seçki Komissiyası ilə və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənarda da bir neçə komandamız var. Ümumilikdə biz 32 müşahidəçidən ibarət komandayıq”.