Paris, 1 noyabr, AZƏRTAC
Ermənilərin Paris meriyasında Dağlıq Qarabağla bağlı təşkil etmək istədikləri təxribat xarakterli tədbirin qarşısı alınıb.
Erməni assosiasiyası Paris meriyasının binasında “Seçkilər, demokratiya və beynəlxalq tanınma: Dağlıq Qarabağın timsalında” adlı konfrans-debat keçirməyi planlaşdırırdı. Bundan xəbər tutan Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsi və əlaqədar orqanlara müraciəti nəticəsində bədnam tədbirin qarşısını almaq mümkün olub.
Fransız dilli erməni mətbuatı da meriyanın bu konfrans-debata ev sahibliyi etməyəcəyinə dair xəbər yayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris