İlin son günlərində Azərbaycanda mülayim hava şəraiti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında səhər və axşam saatlarında zəif duman gözlənilir.
Dekabrın 30-da havanın temperaturu axşam 5-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Dekabrın 31-də isə axşam 5-7, gündüz 7-10 dərəcə isti olacaq.
Bölgələrdə dekabrın 30-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir.
Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.
Dekabrın 31-də də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin, axşam şimal və şərq rayonlarında yağıntı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq.
Havanın temperaturu gecə 0-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.