Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş altı yeni dərs vəsaitinin təqdimatı keçiriləcək.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, nəzərdə tutulan təqdimat mərasimi Azərbaycan musiqi sənətinin görkəmli simalarından sayılan Üzeyir Hacıbəylinin 130 və akademiyanın eksperimental məktəb-studiyasının 35 illiyinə həsr olunub.
Təqdim olunan nəşrlərin elmi redaktorları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli və məktəb-studiyasının direktoru, Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur.
Tədbirdə yeni nəşrlərin tədris prosesində nəticələrini nümayiş etdirəcək məktəb-studiyanın şagirdləri də konsert proqramı ilə çıxış edəcək.
Bakı Musiqi Akademiyasının elmi-metodiki və eksperimental bazası olan məktəb-studiyanın 35 illik yaradıcı axtarışlarının nəticəsi olan təqdimat Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova rəhbərlik edəcək.