Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycanın onlayn ödəmə portalı “Hesab.az” “Nikoil Bank”la əməkdaşlığının yeni mərhələsinə başlayıb.
Portaldan AZƏRTAC-a bildirilib ki, “Nikoil Bank” kartları ilə “Hesab.az”da kommunal, rabitə, televiziya, mobil, internet, əyləncə və “Naxçıvan” ödənişləri bölməsində olan xidmətlərin haqqını ödəyən istifadəçilər ikiqat bonus qazanacaqlar. Qazanılan bonuslarla “Nikoil Bank” kart sahiblərinin portalda təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artacaq.
Qeyd edək ki, kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.