Tehran, 3 noyabr, AZƏRTAC
Azərbaycanda parlament seçkiləri demokratik keçdi və ölkədəki ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə şərait yaradacaq.
Bu sözləri İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin yerli mətbuata verdiyi açıqlamasında deyib.
Səfiri bildirib ki, seçki ərəfəsində bəzi xarici dairələrin Azərbaycanda gərginlik yaratmaq niyyəti baş tutmadı. Müstəqil müşahidəçilərin hesabatları ilə tanışlıqdan sonra belə qərara gəlmək olar ki, seçkilər qanunun tələblərinə uyğun keçirilib və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
“Parlament seçkiləri göstərdi ki, bəzi xarici siyasi qüvvələrin Azərbaycana təzyiq etmələri əbəsdir” – deyə Möhsün Pakayin vurğulayıb.
Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran