Fernando Torresin “Atletiko”ya transferi rəsmiləşib

14:42 29 Dekabr 2014
130 İdman
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 14:38 ]

Bakı – APA. “Milan”ın hücumçusu Fernando Torres yenidən vətəni İspaniyaya qayıdıb. Apasport.az saytı xəbər verir ki, İspaniya millisinin forvardı sabiq komandası “Atletiko” ilə anlaşıb.

 

Klublar arasında razılığa görə, Torres “Atletiko”da icarə əsasında çıxış edəcək. Belə ki, “Atletiko” futbolçunu 1,5 illik icarəyə götürüb.

 

Qeyd edək ki, karyerasına məhz “Atletiko”da başlayan Torres 2007-ci ildə bu klubu tərk edib və növbə ilə “Liverpul”, “Çelsi” və “Milan”da çıxış edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR