"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan başqa, bir sıra risklərin olduğu da istisna edilmir. EBRD-nin hesabatında risklərə misal kimi Çində gözlənildiyindən daha sürətli zəifləmə, ABŞ-ın faiz normalarının gözlənildiyindən daha çox artması, siyasi qeyri-sabitlik, geosiyasi gərginliklər və Yunanıstanda xilas proqramının qeyri-müntəzəm şəkildə həyata keçirilməsi göstərilir.
EBRD Azərbaycanda 2015-ci il üçün ÜDM-in artım proqnozunu 3%-ə, 2016-cı il üçün isə 2,5%-ə yüksəldib. Bank, Azərbaycanda 2015-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artımın 3,7%, eyni dövr üçün isə qeyri-neft sektorunda isə 6,4% olduğunu qeyd edir.
Bank 2016-cı ildə dünya iqtisadiyyatının aşağı neft qiymətlərinə uyğunlaşması səbəbindən böhranın təsirinin yüngülləşəcəyini proqnozlaşdırır.
Real ÜDM artımı
(%-lə; EBRD-nin 05.11.2015-ci il tarixli proqnozu)
1 - Xüsusi orta göstəricilər. 2015 və 2016-cı ildə regional orta artım normaları yeni əmsallara əsaslanır. Bu əmsallar ölkələrin 2015-ci il üzrə ABŞ dolları ilə ifadə olunan, proqnozlaşdırılan, bərabər alıcılıq qabiliyyəti əsasında ölçülən, nominal ÜDM göstəricilərinə uyğun gəlir. "Regional iqtisadi perspektivlər" nəşrinin 2015-ci il may buraxılışında istifadə olunan əmsallar 2014-cü ilin nominal ÜDM göstəricilərinə əsaslanırdı;
2 – Misirin real ÜDM-ə dair EBRD-nin göstəriciləri və proqnozları iyuldan iyuna qədər davam edən maliyyə ilini əks etdirir. Bunlar həm də regional orta göstəricilərdə istifadə olunur.