Dağıstan Respublikasının xalq artistləri Tutuxanım Osayeva, İmam Akauddinov, Rusiyanın əməkdar artisti Baysoltan Osayevin əsas rollarda oynadıqları tamaşa Qaraçaysk, Ust-Cequta və respublikanın paytaxtı Çərkəssk şəhərlərində 6 dəfə nümayiş etdirilib.
Qeyd edək ki, 1998-ci ildə yazılmış "Varlı qadın" iyirmiyə yaxın xarici ölkə teatrlarında tamaşaya qoyulub və iki beynəlxalq teatr festivalının 4 mükafatına layiq görülüb.