Roma, 6 noyabr, AZƏRTAC
Romanın rəmzlərindən sayılan məşhur “Fontana di Trevi” fəvvarəsi bərpa işlərindən sonra yenidən turistlərin ixtiyarına verilib.
ANSA agentliyi xəbər verir ki, 2014-cü ilin iyununda başlamış restovrasiya işləri 2 milyon 180 min avroya başa gəlib və İtaliyanın məşhur “Fendi” moda evi tərəfindən maliyyələşdirilib. 516 gün davam edən bərpa prosesi 26 mütəxəssis tərəfindən həyata keçirilib. Fəvvarə bağlı olduğu müddətdə belə turistlərin bu ecazkar abidəyə marağı azalmayıb. Belə ki, 17 ay ərzində Treviyə 3 milyon turist gəlib.
Xatırladaq ki, Trevi fəvvarəsinin layihəsi 1762-ci ildə italiyalı memar Nikola Salvi tərəfindən hazırlanıb. Dünyada ən məşhur fəvvarələrdən biri olan Trevi Romanın simasını əks etdirir və şəhərin turistlər tərəfindən ən çox baş çəkilən məkanlarındandır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma
Romanın məşhur “Fontana di Trevi” fəvvarəsinin bərpası 516 gün çəkib
Romanın məşhur “Fontana di Trevi” fəvvarəsinin bərpası 516 gün çəkib
Romanın məşhur “Fontana di Trevi” fəvvarəsinin bərpası 516 gün çəkib