Bişkek, 6 noyabr, AZƏRTAC
Qırğızıstan hökumətinin yeni üzvləri ölkə qanunvericiliyinə uyğun olaraq parlamentdə-Joqorku Keneşdə and içiblər.
Andiçmə mərasimində Qırğızıstan Prezidenti Almazbek Atambayev iştirak edib.
Əvvəlcə Qırğızıstanın yeni Baş naziri Temir Sariyev, Baş nazirin birinci müavini Aalı Karaşev, müavinləri Oleq Pankratov və Qulmira Kudayberdieva, sonra hökumətin digər üzvləri and içiblər.
Dövlət başçısı Almazbek Atambayev hökumətin üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Qırğızıstan hökumətinin yeni üzvləri and içiblər