Yaddaşlara daha çox Kəmal Sunalın “Ümidimiz Şaban” filmindəki “İbrikçi” obrazı ilə düşən Ahmet Cengiz hazırda işləmək üçün qapalı bir məkana möhtacdır.

ANS PRESS-in məlumatına görə, “Artist Ahmet” ləqəbi ilə tanınan aktyor 15 illik kino karyerasından sonra artıq 31 ildir ki, Gazientepde ayaqqabı boyaqçılığı ilə məşğul olur. Aktyorun sənətə vida deməsinə səbəb isə son çəkildiyi filmin dava səhnəsində burnunun qırılması olub.

Ayaqqabı boyaqçılığı əslində Ahmet Cengizin ilk işi olub. Uşaq yaşlarından bu peşə ilə pul qazanan gələcəyin kino qəhrəmanı bir dəfə çəkiliş meydançasına gələrək aktyorların ayaqqabılarını təmizləməyi təklif edir. Rejissor Sami Tunç yeniyetmənin bacarığını görərək onu filmə dəvət edir. Beləliklə də, aktyor həyatı başlayır.

Kiminin əvvəli, kiminin axırı: "O, illəri unuda bilmirəm" (FOTO)
Ahmet Cengiz

30 yaşından yenidən küçələrə düşüb ayaqqabı boyamağa başlayan Ahmet Cengiz 61 yaşında bu işlə məşğul olmağın onun üçün çətin olduğunu deyir:

“Çox darıxmasam da, o illəri unuda bilmirəm. Gözəl günlər idi. Orada qala bilərdim, amma vəziyyətimin çətinləşə biləcəyini düşünüb, yenidən öz məmləkətimə döndüm. İndi öz ailəmi dolandıra bilirəm. Amma tək istəyim, soyuqdan, küləkdən xəstələnməmək üçün qapalı bir məkana sahiblənməyimdir.”