"Report"un məlumatına görə, Süleymanov qeyd edib ki, onun yetirmələri pis oyun nümayiş etdirib.
"Nəticə də bunu göstərir. Birinci hissədə qapılara qol vurulmasa da, Ukrayna yığmasının fərqlənmək üçün imkanları oldu. Biz də rəqibi əks-hücumda yaxalamaq istəyirdik ki, qol epizodu yaradıb fərqlənə bilək. Təəssüf ki, buna nail ola bilmədik", - deyə baş məşqçi vurğulayıb.
Onun sözlərinə görə, oyun intizamı da qane edici səviyyədə olmayıb: "Ukraynalı futbolçular bizim oyunçulardan üstün oynadı. Böyük hesablı məğlubiyyətə görə futbolçular və öz adımdan xalqımızdan üzr istəyirəm. Uduzmaq olar, amma mübarizə aparmadan təslim olmaq peşəkarlığa sığmır".
Süleymanov qeyd edib ki, bu cür oyunla mərhələ adlamaq çətin olacaq: "Amma tələsməyək. Qarşıda 2 oyunumuz var. Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq”.
Xatırladaq ki, romandamız Ukrayna yığmasına 0:4 hesabı ilə məğlub olub.