Bakı, 11 noyabr, AZƏRTAC
"Açıq əyləncəli futbol məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir Bakının Nizami rayonunda keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın I vitse-prezidenti Rauf Əliyev bildirib ki, ölkəmizdə 2003-cü ildən başlayaraq “Açıq əyləncəli futbol məktəbləri” layihəsi çərçivəsində tədbirlər təşkil edilir. Layihənin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlar bunu bir daha təsdiqləyir.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva isə ölkəmizdə idmana və gənc nəslin sağlam ruhda tərbiyə edilməsinə böyük qayğının olduğunu diqqətə çatdırıb: “Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Bu uğurun əldə edilməsinin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.
Tədbirdə ümumilikdə 150-dən artıq yeniyetmə, o cümlədən rayonda məskunlaşmış məcburi köçkün ailələrindən olan uşaqlar iştirak ediblər.
Sonda bütün iştirakçılara müxtəlif idman ləvazimatları paylanılıb.
"Açıq əyləncəli futbol məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir Nizami rayonunda keçirilib