"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə əyalətin Sarıcam rayonunun İncirlik məhəlləsində ikimərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Xəbərə görə, 50 metr radiusu əhatə edən partlayış nəticəsində binanın divarları çöküb, yaxınlqdakı evlərə ziyan dəyib. Hadisə yerindən keçən avtomobildəki suriyalı bir uşaq olmaqla 7 sərnişin yaralanıb.
Hadisə yerinə polis və tibbi yardım heyəti cəlb edilib.
Xəbərə görə, hadisə yerinə giriş-çıxış bağlanıb. Partlayışın başvermə səbəbləri araşdırılır.