"Azersky" peykini Yaponiya bankları maliyyələşdirəcək

"Azersky" peykini Yaponiya bankları maliyyələşdirəcək
18:23 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

“Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC) və Mizuho Bankı ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Saziş çərçivəsində Fransanın "Airbus DS" şirkəti "Azərkosmos"u 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Təchiz olunan ən son Fransa texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2455211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR