Azərbaycanda "e-Hökumət" portalına daxil olanların sayı 9,5 mln.-u ötüb

18:27 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bu barədə MHM-dən "Report"a daxil olan bülletendə bildirilir.
Belə ki, portala müraciət edənlərin ümumi sayı 2 573 829 nəfər olub və onlar ümumən 9 537 237 dəfə portala baxıb və 16 924 539 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 33 075 414 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 22 saniyə olub. Ümumilikdə, bu gün vətəndaşların portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 27%-ni yeni istifadəçilər, 73%-ni isə təkrar müraciət edənlər təşkil edib. 
Oktyabr ayının statistikasına əsasən, bu dövrdə portala 354 607 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 108 319 nəfər olub. Həmin şəxslər 1 439 982 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 746 559 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə təşkil edib. Oktyabr ayı ərzində portala müraciət edənlərin 20,2%-ni yeni istifadəçilər, 79,8%-ni isə təkrar müraciət edənlər təşkil edib. 
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 338 616-a çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 431 olub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azerbaycanda-e-hokumet-portalina-daxil-olanlarin-sayi-9-5-mln-u-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR