Taekvondoçularımız beynəlxalq turnirdə uğur qazanıblar

Taekvondoçularımız beynəlxalq turnirdə uğur qazanıblar
19:48 11 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının yetirmələri təmsil ediblər.
Azərbaycan, Rusiya, Belarus və Qazaxıstandan 600-dək taekvondoçunun qatıldığı yarışda “Təhsil” RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək birinci yerə çıxıb. Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final görüşündə Rusiya idmançısına məğlub olaraq ikinci yerə layiq görülüb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondochularimiz_beynelxalq_turnirde_ugur_qazaniblar-901165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR