Budapeştdə tarzən Malik Mansurovun iştirakı ilə konsert təşkil olunub

Budapeştdə tarzən Malik Mansurovun iştirakı ilə konsert təşkil olunub
20:22 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Budapeştin Bela Bartok İncəsənət Sarayında Azərbaycanın məşhur tarzəni Malik Mansurov, Macarıstanın Mişkolts Simfonik Orkestri və Djabe caz qrupunun iştirakı ilə böyük konsert proqramı təşkil olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsertdə M.Mansurov Azərbaycanın xalq mahnılarını böyük ustalıqla səsləndirib, Macarıstanın məşhur musiqiçiləri və Mişkolts Simfonik Orkestrinin 50 nəfərlik heyəti ilə birgə klassik musiqiləri tarda ifa edib.
Caz və kalssik musiqinin sintezi, Azərbaycan xalq mahnıları, Afrika musiqisi elementlərinin təqdim edildiyi konsertdə ümumilikdə 300-dən çox qonaq iştirak edib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/budapestde-azerbaycanin-meshur-tarzeni-malik-mansurovun-istiraki-ile-boyuk-konsert-teskil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR