ABŞ: təyyarə qəzasında 9 nəfərin həlak olduğu təsdiqlənib

ABŞ: təyyarə qəzasında 9 nəfərin həlak olduğu təsdiqlənib
22:38 11 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
ABŞ-ın hakimiyyət orqanları Ohayo ştatında yerləşən Ekron şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfərin həlak olduğunu təsdiqləyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ştatın post-patrul xidmətinin leytenantı Bill Xeymerker təyyarədə iki pilotun və Pebb Enterprises rieltor kompaniyasının yeddi əməkdaşının olduğunu bildirib.
Xatırladaq ki, Deyton şəhərindən Ekron-Fulton şəhərinə uçan biznes-cet hava limanına 3 kilometr qalmış qəzaya uğrayıb. Qəzanın təhqiqatı ABŞ-ın Nəqliyyatin İdarəetməsi və Təhlükəsizliyi üzrə Federal İdarəsi tərəfindən aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR