Baş nazirin müavini: “Üsyançılara qarşı vuruşmuruq”

Baş nazirin müavini: “Üsyançılara qarşı vuruşmuruq”
01:49 12 Noyabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyada üsyançılara qarşı mübarizə aparmır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bəyan edib.

 

“Rusiya İŞİD-ə qarşı vuruşur. Məqsədimiz – terrorçularla mübarizə, onların dünyaya nüfuz etmələrinin qarşısının alınmasıdır. Hava zərbələri kəşfiyyat məlumatlarına əsasın endirilir. Biz üsyançılara qarşı mübarizə aparmırıq. Əlimizdə olan məlumatları isə tərəfdaşlarımızın məlumatları ilə tutuşdururuq”, deyə A.Dvorkoviç Yle telekanalına müsahibəsində bildirib.

 

Qeyd edək ki, noyabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Tərəflər noyabrın 14-də Vyanada keçiriləcək Suriya üzrə danışıqlara hazırlığı müzakirə ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR