Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 90 dəfə atəş zərbəsi endirib

09:57 12 Noyabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Qızıloba,, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Baş Qərvənd, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 90 dəfə atəş zərbəsi endirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR