Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələri fəallaşdı

Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələri fəallaşdı
13:12 12 Noyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər yağan leysan yağışlarla əlaqədar Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələri nisbətən fəallaşıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 106, 109, 111-ci km-lərində, Bakı-Ağzu yolunun 132-135-ci km-lərində (Ağsu aşırımı), Bakı-Şamaxı-Muğanlı yolundakı mövcud sürüşmə sahələrində, eyni zamanda İsmayıllı rayonunun Xankəndi kəndində olan sürüşmə sahələrində olan çatlar nisbətən genişlənib.

Ə.Piriyev deyib ki, Bakı-Sumqayıt Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda bərkitmə işləri aparılır. Son günlər ərzində həmin ərazidəki çatlarda dəyişiklik olmasa da, çökmə sahəsində zəif də olsa, aktivlik müşahidə edilir.

Son günlər ərzində yağan yağışlarla əlaqədar ölkənin cənub zonasındakı sürüşmə sahələrində vəziyyətin gərginləşdiyini və yeni sürüşmə ocaqlarının yarandığını deyən nazirlik rəsmisi qeyd edib ki, yağıntıların davam etməsi sadalanan ərazilərdə aktivliyin artmasına səbəb ola bilər.

Ə.Piriyev bildirib ki, hazırda Qusar-Sudur, Quba-Xınalıq, Bakı-Şamaxı yollarında, eyni zamanda İsmayıllı rayonunun Xankəndi kəndindəki sürüşmə sahələrində monitorinqlər aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR