Alibaba internet mağazası bütün mümkün rekordları qırıb

Alibaba internet mağazası bütün mümkün rekordları qırıb
13:28 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Çinin Alibaba kompaniyası ölkədə noyabrın 11-də qeyd olunan “Subaylar günü”ndə bütün mümkün rekordları qıraraq 8 dəqiqəyə 1 milyard dollarlıq mal satıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ümumilikdə isə möhtəşəm güzəştli satışların keçirildiyi sutka ərzində Çin nəhəngi mal və xidmətlərdən 14 milyard dollar əldə edib.
Güzəştli satışlara bir çox beynəlxalq brendlər də qatılıb. Onların arasında İspaniyanın “Zara”, Yaponiyanın “Uniqlo” və Britaniyanın "Burberry" kompaniyaları da var. Satışlar dünyanın 176 ölkəsində keçirilib.
Çində “Subaylar günü” ilin 11-ci ayının 11-ci günündə qeyd olunur. Bu təqvimdəki tək rəqəmlər yalqız insanların simvolu sayılır. Həmin gün internet-mağazalar öz alıcılarına böyük endirimlər təklif edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alibaba_internet_magazasi_butun_mumkun_rekordlari_qirib-901331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR