Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinə biletlərin qiyməti açıqlanıb.
Axşam.az-ın məlumatına görə, dekabrın 27-də “Elektra Events Hall”da baş tutacaq konsertə biletlər 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 200 manata nəzərdə tutulub.
Gecənin təşkilatçısı Nahid Emiloğlunu türkiyəli ifaçının orkestrı ilə birlikdə gələcəyini bildirib:
“Rafetlə birlikdə özünün orkestrı da gələcək. Qonaqlar müğənninin yeni və sevilən mahnılarını canlı dinləmək imkanı əldə edəcəklər”.