Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştalder ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.