İlham Qasımovun filmi təqdimata hazırdır

İlham Qasımovun filmi təqdimata hazırdır
17:36 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Aktyor İlham Qasımovun rejissorluq etdiyi “Oğlan evi: Azərbaycansayağı qarət” filminin təqdimat günü bəlli olub.

Axşam.az-ın məlumatına görə, baş rolda yumorist Fərda Xudaverdiyev, aparıcı İslam Mehrəliyev və aktyor Elcan Rəsulovun çəkildiyi ekran işi dekabrın 3-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Komediya janrında olan filmin ssenari müəllifi İlham Qasımov, Tural Sevdimalı və Dicey Fatehdir.

Yaradıcı heyət ekran işi ilə yanaşı çəkilişi haqqında ayrıca film hazırlayacaqlarını da bildiriblər. Tamaşaçı bütün səhnələrin kadrarxası məqamlarını görmək imkanı əldə edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR