Rusiya universitetinin professoru ADNSU-da məruzə ilə çıxış edib

Rusiya universitetinin professoru ADNSU-da məruzə ilə çıxış edib
20:18 12 Noyabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru Çingiz Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov iki ali məktəb arasındakı uğurlu əlaqələrdən danışıb.
Sonra Ç.Hüseynov “Şimal Buzlu Okeanda karbohidrogen ehtiyatlarının mənimsənilməsinin problemləri və onun həlli yolları” mövzusundə məruzə ilə çıxış edib, sualları cavablandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR