13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür

13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür
10:13 13 Noyabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür. Bu tarix fransız pedaqoqu Valentin Qayuinnin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
Azərbaycanda 30 mindən çox görmə qüsurlu şəxsin olduğu bildirilir. Ümumilikdə ölkədə 420 min əlil var ki, onlardan 22,5 mini birinci qrup əlil, 8,5 mini isə gözdən əlildir. Azərbaycan dövləti əlillərə böyük qayğı göstərir. Görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanların həyatını yaxşılaşdırmaq üçün bir sıra qanunlar və dövlət proqramları qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/13_noyabr___Beynelxalq_Gozden_Aliller_Gunudur-901601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR