Bakı, 13 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehsal edilən sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektoruna aid olub. On ayda mədənçıxarma sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artıb, neft hasilatı isə 1,8 faiz azalıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.