"Qarabağ"ın futbolçusu millidən uzaqlaşdırıldı: SƏBƏB

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Yığmanın üzvü Mahir Mədətov heyətdən uzaqlaşdırılıb. Buna, onun komandadaxili intizam qaydalarını kobud şəkildə pozması səbəb olub.

Mahir Mədətov "Qarabağ" klubunda çıxış edir.

Qeyd edək ki, 19 yaşlılardan ibarət Azərbaycan millisi Avro-2017-nin təsnifat mərhələsindəki ikinci görüşündə Türkiyəyə 0:1 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR