Musiqili Teatr Yeni il şənliklərinə hazırlaşır - FOTO

Musiqili Teatr Yeni il şənliklərinə hazırlaşır - FOTO
13:32 13 Noyabr 2015
400 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət Musiqili Teatrı artıq qarşıdan gələn 2016-cı il - Yeni il bayramı şənliklərinin hazırlıqlarına start verib. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, Azərbaycan Dövlət Musiqili Teatrında Yeni il şənlikləri 24 dekabr 2015-ci il tarixində başlayacaq və 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək. Hər il olduğu kimi bu il də Dövlət Musiqili Teatrının təşkil etdiyi Yeni il şənlikllərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və Qar qızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək, Yeni ili birlikdə qarşılayacaqlar. Və ən əsası - balaca tamaşaçılar teatrın hazırladığı nağıl-tamaşanı izləmək imkanı qazanacaqlar. Bir sözlə, balacaları Azərbaycan Dövlət Musiqili Teatrının təşkil etdiyi Yeni il şənliklərində uzun müddət unuda bilməyəcəkləri əyləncəli, maraqlı, sürpriz dolu anlar gözləyir.

Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/382165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR