Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş idman yarışları keçirilib

Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş idman yarışları keçirilib
13:58 13 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 13 noyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş badminton üzrə birincilik və muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, ali və orta ixtisas müəssisələrinin təşkilatçılığı ilə keçirilən yarışlar Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində təşkil olunub.
İyirmiyə yaxın idmançının birincilik uğrunda mübarizə apardığı yarışda NDU-nun yetirmələri ilk üç pillədə qərarlaşıblar. Zərövşən Yusifəliyeva bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb. O, həlledici görüşdə Ezgi Ceylanı məğlub edib. Üçüncü yerə isə universitetin digər tələbəsi Sibel Yıldız çıxıb.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında keçirilən şahmat turnirində isə 60-a yaxın zəka sahibi mübarizə aparıb. Turnir Olimpiya sistemi üzrə keçirilib.
Oğlanların mübarizəsində NDU-nun tələbələrindən Toğrul Həsənzadə bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub, Mehdi Mehdizadə və Hüseyn Həsənov isə digər iki pillədə qərarlaşıblar.
Qızların mübarizəsində NDU-nun tələbəsi Röya Müslümzadə birinci yerə layiq görülüb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Zəhra Quliyeva ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi Şərqiyə Zərgərli isə üçüncü olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Telebe_Gencler_Heftesine_hesr_olunmus_idman_yarislari_kechirilib-901696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR