Vergilər Nazirliyinin Tədris Mərkəzi digər ölkələrinin də vergi administrasiyaları üçün təcrübə mərkəzi olacaq

Vergilər Nazirliyinin Tədris Mərkəzi digər ölkələrinin də vergi administrasiyaları üçün təcrübə mərkəzi olacaq
15:48 13 Noyabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Bu gün Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) yüksək qiymət verdiyi ən müasir və tədris üçün bütün tələblərə cavab verən mərkəzləşdirilmiş üç böyük elm və təhsil müəssisəsindən biri Azərbaycanın Vergilər Nazirliyinin Tədris Mərkəzidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avstriyanın Federal Maliyyə Nazirliyinin Vergi administrasiyasının Federal Maliyyə Akademiyasının direktoru Karl Vappel “Vergilər” qəzetinə müsahibəsində bildirib.
O, qeyd edib ki, burada vergi orqanı əməkdaşlarının tədrisi və ixtisaslarının artırılması, işgüzar dairələrin iştirakı ilə faydalı müzakirələrin aparılması, təlimlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait var. Müəssisədəki şərait təlimlərin interaktivliyini təmin etməyə, onlayn tədris prosesini artırmağa imkan verir. Tədris Mərkəzi yalnız Azərbaycanın deyil, regionun digər ölkələrinin də vergi administrasiyaları üçün təcrübə və bilik mərkəzi olacaq. Vergi üzrə təlimçilərimiz bir neçə dəfə Vergilər Nazirliyinin Tədris Mərkəzində insan resurslarının idarə olunması sahəsində təlim kurslarında iştirak ediblər. Həmin təlimlər zamanı insan resurslarının inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ən qabaqcıl təlim metodlarının tətbiqi, təlimçilər komandasının yaradılması imkanları da diqqət mərkəzində olub.
Avstriyalı mütəxəssis deyib ki, hazırda Avropada vergi administrasiyalarının qarşısında duran əsas vəzifələrdən biri kadr potensialının və tədris-təlim prosesinin keyfiyyətinin yüksəldilməsidir. Vergi sistemi üçün hazırlanan kadrların davamlı olaraq zəruri biliklər, tətbiq olunan yeniliklər barədə məlumatlandırılması başlıca şərtdir. Bu sahədə Azərbaycanla yaxşı əməkdaşlıq qurulub və davam etdirilməkdədir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergiler_Nazirliyinin_Tedris_Merkezi_diger_olkelerinin_de_vergi_administrasiyalari_uchun_tecrube_merkezi_olacaq-901745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR