Toxumçuluğun inkişaf etdirilməsində İsrailin təcrübəsindən istifadə olunacaq

Toxumçuluğun inkişaf etdirilməsində İsrailin təcrübəsindən istifadə olunacaq
16:43 13 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin “BreedİT LTD” şirkətinin rəhbəri Odxed Sagee ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə “BreedİT LTD” şirkəti arasında ölkəmizdə toxum sənayesinin inkişaf etdirilməsi üzrə fəaliyyətlər və perspektivlər müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Heydər Əsədov qonağa Azərbaycanda toxumçuluğun mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı məlumat verərək, bu sahədə İsrail dövlətinin təcrübəsindən istifadə olunmasının vacibliyini vurğulayıb.
Nazir əsas prioritet hesab olunan sahələr - kartof, qarğıdalı və müxtəlif tərəvəz bitkilərinin toxumçuluğunun müasir texnologiyalar əsasında təşkilinin önəmindən danışıb. Heydər Əsədov İsrail təcrübəsindən ölkəmizdə istifadə olunması üçün ilk növbədə ehtiyacların müəyyənləşdirilməsi, əkin üçün torpaq sahələrinin seçilməsi və bu məqsədlə layihənin hazırlanmasını nəzərə çatdıraraq, onun qısa zamanda həyata keçirilməsini məqsədəuyğun hesab edib.
İsrailin “BreedİT LTD” şirkətinin rəhbəri Odxed Sagee səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanda müasir texnologiyalar əsasında toxumçuluq şirkətlərinin yaradılması məqsədilə İsrail şirkətlərinin təcrübələrindən istifadə edilməsi imkanlarının olduğunu vurğulayıb. Qonaq rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətlərindən də danışıb, perspektiv əməkdaşlıq əlaqələrinin qurulması barədə təkliflərini çatdırıb.
Görüşdə Azərbaycan İsrail Ticarət Palatasının Sədri Aleks Kaplum iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR