Məşhur brendlərin təmsilçiləri təcrübələrini tələbələrlə bölüşüblər

Məşhur brendlərin təmsilçiləri təcrübələrini tələbələrlə bölüşüblər
19:53 13 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC 
Noyabrn 13-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Sürətli təcrübə paylaşımı” mövzusunda konfrans keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda avtomobil sənayesi dünyasında “Chevrolet”, “Mersedes-Benz”, “Hyundai”, “PicMus” kimi məşhur brendlərin marketinq rəhbərləri təcrübə və biliklərini tələbələrlə bölüşüblər.
Tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov, biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev, marketinq kafedrasının müdiri Anar Eminov çıxış edərək universitetdə əldə edilən nəzəri biliyin praktikada tətbiqi üçün tələbələrin təcrübi bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıblar.
Tələbələrin böyük marağına səbəb olan konfransın gələcəkdə də keçirilməsi qərara alınıb.
Sonda tədbirdə fəal iştirak edənlərə təşkilat komitəsi tərəfindən təşəkkürnamə təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meshur_brendlerin_temsilchileri_tecrubelerini_telebelerle_bolusubler-901933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR