"Qərara aldım ki..." - Robert Prosineçki

"Qərara aldım ki..." -   Robert Prosineçki
21:42 13 Noyabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan - Moldova yoldaşlıq oyunu ərəfəsində millimizin baş məşqçisi Robert Prosineçkinin brifinqi keçirilib. Fanat.az baş məşqçinin fikirlərini təqdim edir:

 

"Bir neçə zədəli oyunçumuz var. Amma mənim planımda yeni futbolçulara şans vermək var idi. Moldova yığması ilə oyunda bir neçə futbolçu sınaqdan keçiriləcək. Bəzi aparıcı futbolçularımız zədə səbəbindən təlim-məşq toplanışında iştirak edə bilmir. Bəziləri isə ümumiyyətlə çağırılmayıb. Amma onların yoxluğu bizim üçün problem yaratmayacaq. 


Yoxlama oyunu olsa da, bizim üçün vacibdi. Məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdı. Bu oyunda da məhz qələbə üçün oynayacağıq.


Rəşad Sadıqovla milli karyerasını başa vurması ilə bağlı üç dəfə söhbətləşmişəm. Gələcəyi ilə bağlı çox danışmışıq. Rəşadın qalmasını istəyirəm. O, Azərbaycan yığmasına kömək edə bilər. Amma son qərarı özü verməlidi.


Şadam ki, bizim millidə La Liqa klubunda çıxış edən futbolçumuz var. O, son oyunda “Xetafe”yə qarşı 90 dəqiqə meydanda olub və komandası qalib gəlib. Bu, sevindirici haldı. Amma onun klubunda möhkəmlənməsi mənim üçün daha vacibdi. “Eybar”ın baş məşqçisi bizə zəng edib xahiş etdi ki, onu bu toplanışa çağırmayım. Klubun bu gün yoldaşlıq görüşü var. Mən də qərara aldım ki, Eddi həmin matçda iştirak etsin və əsas heyətdəki yerini möhkəmlətsin.


U-19 və U-21-in son nəticələri heç kəsi razı sala bilməz. İmkan olsa, bu gün U-21-in qarşılaşmasını izləyəcəm. İndiki vəziyyətdə gələcəkdə millidə oynayacaq o qədər də futbolçu görmürəm. Amma müəyyən oyunçular var ki, onlar U-21-in heyətində çıxış edirlər, həm də əsas yığmanın üzvləridilər. Bəziləri hazırda düşərgəmizdə deyillər. Çünki bu gün Almaniya ilə vacib görüşləri var".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqrara-aldm-kiquot-t45434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR