Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub
00:29 14 Noyabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-də Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat verib.

 

“Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi üçün hər cür şərait var. Ölkələrimiz bunun üçün lazımı potensiala, biz isə siyasi iradəyə malikik”, deyə P.Poroşenko qeyd edib.

 

O, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini təsdiq edib: “Bu mövqe Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətə əsaslanır”.

 

“Xarici təcavüz, milli təhlükəsizlik və ərazi bütövlükləri üçün təhlükəyə məruz qalan Ukrayna və Azərbaycan beynəlxalq hüququn baza prinsiplərinin qorunması məsələsində birləşməlidirlər", — P.Poroşenko vurğulayıb.

 

Azərbaycan prezidenti İlham Əliyev, öz növbəsində bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyəcək. Bundan əlavə, dövlət başçıları yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər.

 

Tərəflər iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan dövlətlərarası komissiyasının növbəti iclasın  və prezidentlər arasında görüşün keçirilməsi barədə razılığa gəliblər.   

 

Prezident İlham Əliyev Pyotr Poroşenkonu Azərbaycana rəsmi səfər dəvət edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR