Mehriban Əliyeva Masazırda kimsəsiz məzunlar üçün tikilmiş binanın açılışında iştirak edib

17:02 29 Dekabr 2014
65 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 16:56 ]

Bakı – APA. Bu gün Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub.

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.  


M. Əliyeva və baş nazirin müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti kəsiblər.


İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub. İstifadəyə verilən binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35 nəfər kimsəsiz məzunun daimi işlə təmin olunması deməkdir.



M. Əliyeva burada yaradılan şəraitdən razılığını bildirib, valideyn himayəsindən məhrum olan uşaqlar üçün inşa edilən yeni binanın açılışı münasibəti ilə təbriklərini çatdırıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR