Bolqar əsilli müğənni Azisin Bakı konsertinə biletlərin qiyməti açıqlanıb.
Metbuat.az -ın məlumatına görə, dekabrın 19-da “Elektra Events Hall”da baş tutacaq konsertə biletlər 20 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 150 manata nəzərdə tutulub.
Gecənin təşkilatçısı Samir Xəttab bolqar ifaçının konserti süprizli olduğunu bildirib: “ Azisin bu konserti daha möhtəşəm, daha qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Qonaqlar müğənninin yeni və sevilən mahnılarını canlı dinləmək imkanı əldə edəcəklər”.
Gecəyə bilet əldə etmək istəyənlər (055) 486 10 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.